AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbənin ilk addımları” mövzusunda tədbir keçirilib

  • + A
  • - A
  • 30-09-2021, 22:16


    Masallıda “Qələbənin ilk addımları” mövzusunda tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Sentyabrın 30-da Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbənin ilk addımları” mövzusunda tədbir keçirilib. Tədbirdə R. Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Şəhər kitabxana filialı, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı Nümayəndəliyi və gənc mədəniyyət könüllüləri iştirak edib.

    İlk öncə, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik hörmət və ehtiramla yad edilib.

    Mərkəzin direktoru Dilbər İbayeva qonaqları salamladıqdan sonra çıxış edərək bildirib ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir Yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

    Sonra Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə 44 günlük Vətən müharibəsinin xronikasını tədbirdə iştirak edənlərin diqqətinə çatdırıb. Daha sonra G. Vəkilzadə düşmənin dinc əhalini atəşə tutması nəticəsində həlak olmuş və xəsarət almış mülki şəxslər barədə məlumat verib.

    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək Azərbaycanın cəbhədə əldə etdiyi qələbələrin əsasının son 17 il ərzində qoyulduğunu, Ordumuzun güc-qüdrətinə mühüm önəm verildiyini, ən müasir döyüş texnikasının alınmasının, əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

    Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR