AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunun Çaxırlı kənd Şəhidi çavuş Namiq Bağırovun anım mərasimi keçirilib

  • + A
  • - A
  • 9-10-2021, 03:42


    Şəhid çavuş Namiq Bağırovun anım mərasimi olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatlına görə, 08 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Namiq Nurəddin oğlu Bağırovun anım mərasimi keçirilib.

    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.

    Namiq Nurəddin oğlu Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur.

    1992-2003-cü illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil almışdır.
    Namiq Bağırov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
    Hərbi xidmətdən sonra ali təhsil almaq, arzularına qovuşmaq istəyirdi. Amma torpaqlarımızın düşmən tapdağı altında olması onun qəlbini incidirdi. Hələ uşaq ikən televizordan izlədiyi “20 Yanvar faciəsi”, “Xocalı faciəsi” və digər erməni fəlakətləri onun qəlbində düşmənə nifrət hissini alovlandırırdı.
    Elə bu istəklə arzularının üstündən qələm çəkib müddətdən artıq hərbi xidmətə başladı.
    Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
    2020-ci ilin sentyabr ayının 29-dan Füzuli rayonun azad olunmasında gedən qanlı vuruşmalarda fəal iştirak etmiş, böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
    Namiq Bağırov Vətən müharibəsinin şəhididir. Füzuli döyüşləri zamanı şəhid olub.
    Ailəli idi. Bir qızı yadigar qalıb...

    8 oktyabr 2020-ci il tarixdə Çaxırlı kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

    Masallı rayonunun Çaxırlı kəndindən olan Vətən müharibəsinin şəhid çavuşu Namiq Nurəddin oğlu Bağırov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR