AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti görüş rayonun Qoyunbinəsi kənd tam orta məktəbində baş tutdu

  • + A
  • - A
  • 9-10-2021, 16:51


    YAP Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” dərsi adlı layihənin 4-cü günü rayonun Qoyunbinəsi kənd tam orta məktəbində (7-11)-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edildi. Tədbirdə ilk olaraq müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Layihəni giriş sözü ilə açan Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Yaşar Süleymanov Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söhbət açaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti ilə Vətən müharibəsində qazanılan Zəfərlə xalqımızın yeni tarix yazmasından danışdı. Məktəbin direktoru milli-mənəvi dəyərlərimizin təbliğ olunması məqsədilə bucür nümunəvi layihənin rayon məktəblərində təşkilinə görə YAP Yevlax rayon təşkilatının rəhbərliyinə və fəallarına təşəkkürünü ifadə etmişdir.Sonra tədbirdə YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilmişdir. Layihənin 4-cü günü üçün məruzəçisi YAP Yevlax rayon təşkilatının fəalı Fərid Vaqifli təqdimatında ermənilərin işğalçılıq siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində tarixi torpaqlarımzın zəbt olunmasından və bu ağır zamanda xalqın təkidi ilə siyasət səhnəsinə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizdə müstəqil dövlətçilik ənənələrini formalaşdırmasından geniş bəhs etdi. 44 günlük Vətən müharibəsində Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli, güclü iradəsi ilə bütün Ermənistanı ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusunun rəşadətindən danışan YAP-ın fəalı məktəblilərə tarixi həqiqətləri çatdırmaqla onlara gələcək fəaliyyətində uğurlar arzu etdi. Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçları ilə intellektual oyun keçirilmiş, 1-ci yerə layiq görülən 9-cu sinif şagirdi Fəxri Süleymanov YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi, 2-ci yerə layiq görülmüş 9-cu sinif şagirdi Eyvaz Ağayev və 3-cü yerə layiq görülmüş 9-cu sinif şagirdi Yaqub Yaqubzadə YAP Yevlax rayon təşkilatının hədiyyələri ilə təltif edildi.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR