"Əldə olunan uğurları və Azərbaycanın artan nüfuzunu qəbul etməyən qüvvələrin informasiya təxribatları"
Masallı şəhər sakini, Vətən müharibəsi Veteranı Qəşəm Hadıyev Siyasi konyunkturadan asılı olaraq, Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər.
İndi isə bir halda ki Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.
Bundan əlavə uğurlu sahibkar olan Prezident İlham Əliyev fəaliyyəti ilə əlaqədar biznesdə öz birbaşa iştirakını dayandırmış və biznesini öz ailəsinə ötürmüşdür. Ailəyə məxsus olan bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Fond Qarabağda aparılan bir çox işlərdə iştirak edir. Məsələn, Ağdamda, Şuşa və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maaliyyələşdirilir. Beş mindən çox qaçqın ailəsi üçün evlər tikilir. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq və iradələrinə tabe etsinlər.
Prezident İlham Əliyev 7 oktyabr 2021-ci il tarixində İtaliyanın “ La Repubblica” qəzetinə müsahibəsində bildirdi ki, Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Ülkər Piriyeva