Yevlax rayonu Xanabad kənd Şəhidi Kənan İsmayılovun “Anım günü” təşkil edilib.
Azadmedia.az xəbər verir ki, 28 Oktyabr 2021-ci il tarixdə Yevlax rayonunun 44 günlük Vətən müharibəsinin Şəhid əsgəri Kənan İsmayılovun anım günü keçirilib.
Vətən müharibəsi Şəhidinin İl mərasimində Yevlax şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, DQİDK-nin Yevlax şöbəsinin və Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Belə ki, Vətən müharibəsi şəhidi Kənan İsmayılovun doğum günü münasibətilə onun rayonun Xanabad kənd qəbiristanlığındakı məzarını ziyarət edib, ruhuna dualar oxuyub, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhidin ailə üzvlərini ziyarət edib, onun şərəfli həyat və döyüş yolundan söhbət açıblar.
Azərbaycanın bütün bölgələri hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Allah rəhmət eləsin!