AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsmayıllı rayonu Mollaisaqlı kənd tam orta məktəbində Şəhid Fizuli Qnyaz oğlu Bağıyevin ailəsi ilə görüş keçirilib - Fotolar

  • + A
  • - A
  • 29-10-2021, 10:43


    Mollaisaqlı kənd tam orta məktəbində şəhid Fizuli Qnyaz oğlu Bağıyevin ailəsi ilə görüş təşkil olunub.

    Azadmedia.az xəbər verir ki, 28 Oktyabr 2021-ci il tarixdə İsmayıllı rayonunun Şəhidi Fizuli Qnyaz oğlu Bağıyevin əziz xatirəsi yad edilib.


    Mollaisaqlı kənd tam orta məktəbində şəhid Fizuli Qnyaz oğlu Bağıyevin ailəsi ilə keçirilən görüşdə İcra nümayəndəsi Həşim Həşimov, şəhidin atası Qnyaz Bağıyev, qardaşı Oruc Bağıyev, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.

    Rayon İcra nümayəndəsi, Şəhidin ailəsi və məktəb rəhbərliyi çıxış edərək Şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan söhbət açıblar, ruhuna dualar oxunaraq əziz xatirəsini ehtiramla yad ediblər.

    Daha sonra məktəblilər Vətən müharibəsinə və şəhidin əziz xatirəsinə həsr edilmiş şeirlər səsləndiriblər.

    Vətənin müdafiəsi uğrunda canlarından keçməyi özlərinə şərəf bilən Fizuli Qnyaz oğlu Bağıyev kimi igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. 

    Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR