AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Gənclər Evində “Bərdə Terroru” Şəhidləri yad edilib - Foto

  • + A
  • - A
  • 29-10-2021, 19:51


    “Bərdə Terroru” mövzusunda anım tədbiri təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 28 oktyabr 2021-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Bərdə Terroru nəticəsində şəhid olmuş insanların xatirəsinə həsr olunmuş “Bərdə Terroru” mövzusunda anım tədbiri keçirilib.

    Tədbirə başlamazdan əvvəl Vətən Müharibəsi zamanı işğalçı ermənistan ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə “Masallı Gənclər Evi”sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Metodisti Tural Sadıqov, Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqa Tağıyeva, Masallı Rayon İcra Hakimiyyəti yaninda İctimai Şuranın sədri Əyyub Mehtiyev iştirakçıları salamlamış, anım mərasimdə çıxış edərək qeyd etmişdirlər ki, 2020-ci il sentyabrın 27-də ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatından, 44 gün davam edən Vətən müharibəsində təxminən otuzillik işğala son qoyulmasından və Azərbaycanın ərazi bütövlüyünün bərpasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərdən danışıblar.

    Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Bərdə, Gəncə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar.

    Daha sonra isə diqqətə çatdırılıb ki, Bərdə şəhəri Ermənistan qəsbkarları tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər dinc sakin bu terrorun qurbanı olmuş, 70 nəfərdən artıq insan yaralanmışdır. Ancaq bərdəlilər ruhdan düşməyib, əksinə, möhkəm əzmkarlıq göstərərək Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşiblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR