Vətən müharibəsi şəhidi Rəfail İşiyevin xatirəsi anım mərasimi ilə yad edilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Noyabrın 3-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Aprel döyüşlərinin iştirakçısı olmuş, İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış İşiyev Rəfail Əhmədağa oğlunun vəfatının ildönümü ilə əlaqədar keçirilən anım günündə iştirak ediblər.
Əməkdaşlar əvvəlcə şəhidin valideynlərini ziyarət edərək, onlara səbir diləyib, mənəvi dəstək və ehtiramlarını ifadə ediblər.
Daha sonra şəhidin məzarı ziyarət olunaraq, məzar önünə gül dəstələri düzülüb, mərhumun ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva