AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN-in Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçusunun il mərasimi keçirilib

  • + A
  • - A
  • 4-10-2021, 09:56


    Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Həsən Aydın oğlu Abdullayevin bu gün İsmayıllıda il mərasimi keçirilib.
    Mərasimdə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov və şöbənin şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları, rayon rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə şəhid H.Abdullayevin rayonunun Quşencə kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, önünə çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Şəhidin keçdiyi döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
    Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan H.Abdullayev Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə (ölümündən sonra ) “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR