AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zəfərə gedən yol” mövzusunda Masallıda inşa müsabiqəsi

  • + A
  • - A
  • 3-11-2021, 22:35


    Masallıda məktəblilər arasında “İnşa-yazı” müsabiqəsi təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 2 noyabr 2021-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə böyük “Zəfər Günü”nə həsr olunmuş “Zəfərə gedən yol” mövzusunda Masallı rayon tam orta və ümumi orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “inşa-yazı” müsabiqəsi keçirilib.

    Əvvəlcə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov çıxış edərək müsabiqə iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs ediblər.

    Müsabiqənin yekun nəticəsinə əsasən Masallı şəhər 3 saylı tam orta məktəbin I X sinif şagirdi Türkan Əsgərli birinci yerə, Banbaçı kənd C.Qasımov adına tam orta məktəbin IX sinif şagirdi Nuriyyə Rufullayeva ikinci yerə, “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Aydan Mehtiyeva üçüncü yerə layiq görülüblər..

    Müsabiqədə qalib gələn bütün şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR