AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cıdır düzündə dalğalandırılmış Azərbaycan bayrağı Dubay şəhərinin mərkəzində açılıb - Fotolar

  • + A
  • - A
  • 13-11-2021, 23:18



    12 noyabr 2021 ci il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin iştirakı ilə "Zəfər görüşü" adlı tədbir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndələri Bəxtiyar Rəhimov, Vəfa Hüseynova, Nuranə Hüseynovanın iştirakı ilə baş tutan tədbir Dubay və Abu Dabi şəhərləri daxil olmaqla, dünyanın dörd bir yanında yaşayan Azərbaycanlıların iştirakı ilə təşkil olunub. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna minnəttarlıq duyğuları ilə başlayan tədbir möhtəşəm notlarla...


    Belə ki, Diaspor nümayəndələrinin Şuşa səfəri zamanı Cıdır düzündə dalğalandırılmış böyük ölçülü Azərbaycan bayrağı Dubay şəhərinin mərkəzində açılıb.

    Dubaydan Azadmedia.az-a verilən məlumata görə, 8 Noyabr - Zəfər Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlıların iştirakı ilə “Zəfər Görüşü” adlı tədbir keçirilib.

    Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricilərinin və diaspor fəallarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Cıdır düzündə dalğalandırılmış Azərbaycan bayrağı Dubay şəhərinin mərkəzində açılıb - Fotolar
    Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Komitə sədri Fuad Muradovun təbriklərini və salamlarını görüş iştirakçılarına çatdırıb.

    44 günlük Vətən müharibəsi zamanı xaricdəki Azərbaycan diasporunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

    Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiriciləri çıxış edərək harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyinin, onların təşkilatlanması prosesinin əhəmiyyətinə toxunublar.

    Birləşmiş Ərəb Əmirliklərinin Prezident Məsələləri Nazirliyinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Seyyid Əli bin əl-Sayid Əbdül Rəhman əl-Haşim bu gözəl gün münasibətilə Azərbaycan xalqını təbrik edib, sülh və əmin-amanlıq arzu edib. BƏƏ rəsmisi Prezident İlham Əliyevin İslam və ərəb ölkələri ilə əlaqələrin inkişafına daim diqqət ayırdığını, iki ölkə arasında münasibətlərin günü-gündən inkişaf etdiyini bildirib.

    Tədbirə Türkiyə, Misir, Mərakeş, İordaniya, Almaniya, Böyük Britaniya, ABŞ və Özbəkistandan gələn qonaqlar da qatılıb. Görüş bədii proqramla davam edib.

    Röyal Piriyev - BƏƏ- Dubay







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR