AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri BƏƏ-də azərbaycanlı soydaşlarımızla görüş keçirib - Fotolar

  • + A
  • - A
  • 19-10-2021, 01:04



    Diasporla İş üzrə Dövlət Komitəsi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bir qrup diaspor nümayəndələri, azərbaycanlı soydaşlarımızla Azərbaycanın "Müstəqilliyinin Bərpası Günü" və "Qarabağ Zəfər Tarixinin 1-ci ili" münasibətilə görüş keçirib.

    Azadmedia.az-a Dubaydan verilən məlumata görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, diaspor nümayəndələri, azərbaycanlı soydaşlar və bir sıra KİV nümayəndələri iştirak edib.

    I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan görüşü açıq elan edən komitə sədri Fuad Muradov diaspor nümayəndələrini - iştirakçıları BƏƏ-nin Dubay şəhərində salamlamaqdan məmnun olduğunu bildirib.

    Komitə Sədri Soydaşlarımızı Azərbaycanın Müstəqilliyinin Bərpasının 30 illiyi münasibətilə təbrik edib. O eyni zamanda, Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib.



    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində göstərdikləri fədakar fəaliyyətə görə soydaşlarımıza təşəkkürünü bildirib, həmvətənlərimizi Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Koordinasiya şuralarının fəaliyyətində yaxından iştirak etməyə dəvət edib.

    Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli KİV-lərlə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.



    Çıxışdan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib, diaspor təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.


    Dubaydakı Soydaşımız Röyal Piriyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR