AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Qodman kəndində həkim məntəqəsinin açılışı olub - Fotolar

  • + A
  • - A
  • 19-11-2021, 19:10



    Qodman kəndində həkim məntəqəsinin açılışı baş tutub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 18 noyabr 2021-ci il tarixdə “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı əsasında Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq çərçivəsində Qodman kənd həkim məntəqəsinin açlışı mərasimi keçirilib.

    Mərasimdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, səfirin birinci katibi MORİİ Satoşi, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihəsi üzrə məsləhətçilər Haşimoto Takuma, Zakir Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Rasim Əzizov, layihəni icra edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, tərcuməçi Günel Mirzəyeva və kənd sakinləri iştirak ediblər.

    İlk öncə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçini və qonaqları rayon İcra hakimiyyətinin inzibati binasında qəbul edərək çay süfrəsi ətrafında görüşüb.

    Sonra rayon rəhbəri ilə birgə qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ucaldılmış “Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi” abidəsini ziyarət ediblər.

    Açılış mərasimində çıxış edən rayon rəhbəri kənd sakinlərini yeni həkim məntəqəsinin açılışı münasibətilə təbrik etmiş və əhaliyə yüksək xidmət göstəriləcəyini vurğulamışdır.
    Mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi qeyd edib ki, Qodman kəndində yeni həkim məntəqəsi Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində inşa edilib. Yaponiya hökumətinin bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab verərək, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verməyə davam edəcəyini bildirib.

    Ərazidə həkim məntəqəsinə böyük ehtiyac olduğunu nəzərə alıb yeni həkim məntəqəsinin inşası üçün “Konstitusiya” Araşdırmalar Fondu qrant yardımı üçün Yaponiya hökumətinə müraciət edib və müsbət cavab alıb.

    Qodman kənd həkim məntəqəsi 7 otaqdan (- 1 stomotoloji otaq, 1 peyvənd otağı, 1 pediatriya otağı,1 ginekoloji otaq, 1 müalicə otağı, 1 anbar, 1 sanitar qovşaq) ibarətdir.

    Layihədən Qodman kəndi ərazisinin 2800 nəfər əhalisi, o cümlədən ərazinin Əzizabad və Məmmədraküçə kəndinin sakinləri də bəhrələnəcəkdir.

    Ülkər Piriyeva








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR