AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda ədliyyə işçilərinin peşə bayramı qeyd olundu – VİDEO/FOTOLAR

  • + A
  • - A
  • 23-11-2021, 09:07


    Masallı rayonunda Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.

    Asiya TV xəbər verir ki, Bayram tədbiri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə və şəhərin Qəhrəmanlar Parkında şəhidlərin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb.

    Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.

    Ümummilli Liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edildiyini diqqətə çatdırıb.

    Tədbirdə məruzə ilə çıxış edən Masallı rayon Məhkəməsinin sədri Firdovsi Əliyev Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

    Tədbirdə millət vəkili Anar İsgəndərov çıxış edərək, builki bayram ötən ay müstəqilliyimizin bərpa olunmasının 30 illiyi, cəmi bir neçə gün öncə isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin birinci ildönümü – Zəfər Günü qeyd olunub. Xalqımızın bu möhtəşəm bayramları sanki bir-birini tamamlayır. Bu il Azərbaycan xalqı ilk dəfə dövlət müstəqilliyinin bərpası gününü öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edib.

    Milli Məclisin deputatı Məşhur Məmmədov öz çıxışında ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıb.

    Məşhur Məmmədov peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin dövlət başçısının ətrafında sıx birləşməklə bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə edib.

    “Cənab Prezidentin diqqəti nəticəsində respublikanın bir çox rayon və şəhərlərində yeni müasir məhkəmə binaları inşa edilir. Bunun bariz nümunəsi olaraq Masallı rayonunda inşa edilmiş Masallı Məhkəmə Kompleksini göstərmək olar” - deyə Millət vəkili Məşhur Məmmədov nitqinində qeyd edib.

    Masallı Rayon Prokuroru Vəli Mustafayev, Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Emin Süleymanov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə ədliyyə işçilərini təıbrik ediblər.

    Tədbirin sonunda bir qrup ədliyyə işçilərinə Fəxri fərmanlar təqdim olunub.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR