AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda mədəniyyət işçiləri "Təşəkkürnamə" ilə təltif olunub - Fotolar

  • + A
  • - A
  • 2-12-2021, 08:06


    Mədəniyyət işçiləri "Təşəkkürnamə" ilə təltif olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə çalışan bir qrup mədəniyyət işçiləri İdarənin "Təşəkkürnamə"si ilə təltif olunublar.

    8 Noyabr - Azərbaycanda Zəfər Günü münasibətilə keçirilmiş tədbirlərdə fəal iştirak və təşkilatçılığa görə verilmiş adıçəkilən fəxri mükafatlar sahiblərinə təqdim edilib.

    İdarə rəisi Bəxtiyar Qılıncov mədəniyyət işçilərini təbrik edib və onlara gələcək işlərində uğur arzulayıb. Rəis İdarənin son zamanlardakı fəaliyyəti və reallaşdırılan yeni mədəni-yaradıcı layihələrdən danışıb. O, təltif olunan işçilərin sonrakı fəaliyyətlərdə də aktiv iştirak edərək yeni təşəbbüslərlə mədəniyyətə töhfələr bəxş edəcəklərinə əminliyini ifadə edib.

    Mədəniyyət işçiləri isə göstərilən diqqət və yaradıcı əməyə verilən dəyərə görə, İdarə rəisinə minnətdarlıq ifadə ediblər.

    Sonra fəxri mükafatlar öz sahiblərinə verilib. Yekunda xatirə fotoları çəkdirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR