AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı mədəniyyət işçilərinin Bakı səfəri baş tutub - FOTO

  • + A
  • - A
  • 7-12-2021, 13:10



    Masallı mədəniyyət işçilərinin Bakı səfəri reallaşıb.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq Muzeyinin birgə təşəbbüsü ilə adı çəkilən qurumların əməkdaşları Bakıya səfər təşkil etmişdir. Səfər çərçivəsində I Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub.
    Kollektiv əvvəlcə I Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

    Sonra Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

    Daha sonra Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ziyarət təşkil olunub. Mərkəz və Muzeyin əməkdaşları 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan hərbi birləşmələrindən ələ keçirdiyi hərbi qənimətlərlə yaxından tanış olublar.

    Hərbi Qənimətlər Parkına ekskursiya ziyarətçilərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR