AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərtər məktəbində baş verən hadisə araşdırılır - RƏSMİ

  • + A
  • - A
  • 10-12-2021, 16:31


    Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a bildirilib ki, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

    "Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən qeyd edilib.

    Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.

    Belə ki, naməlum şəxslər tərəfindən məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR