AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“A Haber” Heydər Əliyev barədə xüsusi reportaj yayımlayıb

  • + A
  • - A
  • 12-12-2021, 13:00

    “A Haber” Heydər Əliyev barədə xüsusi reportaj yayımlayıb

    Türkiyənin “A Haber” telekanalı Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə xüsusi reportaj yayımlayıb.

    “Portret” adı ilə təqdim olunan reportajda dünyaşöhrətli şəxsiyyətin zəngin, mənalı siyasi fəaliyyətinin ayrı-ayrı məqamları orijinal videokadrlar əsasında əksini tapıb. “Portret”də yer alan kadrlar altyazı və Ulu Öndərin canlı səsi ilə türkdilli ictimaiyyətə təqdim olunub.

    Bundan başqa, “A Haber” telekanalı dekabrın 12-də səhər xəbərlərində türk dünyasının böyük oğlunun portretini və imzasını ekranda yerləşdirərək Ulu Öndər barədə ümumi məlumat verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR