"Parlamentari kimə nə edib? Bu suallar öz cavabını gözləməkdədir".
Bunu deputat Elşən Musayev Dövlət Gömrük Komitəsi rəhbərinin deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
"Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərib və onlara ehtiramla davranıb. Gömrük Komitəsi də istisna deyil. Ola bilsin ki, Səfər Mehdiyevin fikirləri konteksdən çıxarılıb. Gömrük Komitəsi buna aydınlıq gətirilməlidir".
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə cavab olaraq bildirib ki, Səfər Mehdiyev onun fikirlərinin təhrif olunduğunu və müsahibədə məmurların tənqid olunduğunu dediyini bildirib: "Dünən Səfər Mehdiyev mənə telefon açıb təəssüf hissi ilə qeyd edib ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. Səfər müəllim bildirdi ki, o müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub”.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə verdiyi müsahibədə deputatların xaricdən məhsul gətirib satdığını bildirmişdi: "Bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.