Münaqişədən sonra Azərbaycan bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəflənib.
AzadMedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda deyib.
Nazir, azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən danışaraq, dost və tərəfdaş ölkələrin bərpa və quruculuq prosesində ölkəmizə dəstək olmasını minnətdarlıqla qeyd edib.
Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal iştirak etmək siyasətinin qarşıdan gələn ildə də uğurla həyata keçiriləcəyini söyləyən nazir Ceyhun Bayramov diplomatik korpusa səmərəli diplomatik fəaliyyətlərinə görə təşəkkür edib və onları Yeni 2022-ci il münasibətilə təbrik edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.