YAP Ağcabədi rayon təşkilatı dekabr ayının 22-də Ağcabədi rayon Bayraq muzeyinin iclas zalında “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirmişdir.
Konfransı YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov açmış, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Rövşən Əhmədov mövzu ilə əlaqədar geniş məruzə etmişdir. Məruzədə qeyd etmişdir ki, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi ən böyük milli sərvətdir. Müstəqilliyinin bərpasının 30 ilini arxa¬da qoyan Azərbaycanın bu dövr ərzində keçdiyi mübarizə və inkişaf yolunu üç mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin 18 oktyabr tarixindən 1993-cü ilin iyun ayınadək, ikinci mərhələ 1993-2003-cü illəri, üçüncü mərhələ isə 2003-2021-ci illəri əhatə edir.
Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı liderin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun, Xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərdən üstün tutsun, sözü və əməli üst-üstə düşsün. Bütün bu keyfiyyətlər cənab Prezident İlham Əliyevin fəaliyyətinin leytmotivi olmuşdur. Xalq ona görə öz Prezidentini sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltmiş, heç bir vaxt hər hansı böyük dövlətin və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çox konfessiyalı Azərbaycan dövlətinin milli maraqla¬rından irəli gələn müstəqil siyasətin müəllifidir. Cənab İlham Əliyevin 2003-cü ildə keçirilən seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin davamı kimi tarixə yazıldı. Özünün prezidentliyi dövründə onun verdiyi vədlərin konkret əməli işdə öz təsdiqini tapdığının şahidiyik. Cənab İlham Əliyevin söylədiyi bir fikri xatırlatmaq istərdim: 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər mən Heydər Əliyev siyasətinə sadiqəm.
Cənab Prezident seçildiyi ilk gündən ölkəmizə mühüm siyasi dividentlər gətirən siyasi xətt götürdü. Dünyanın aparıcı dövlətləri və Beynəlxalq təşkilatlarla sıx əlaqələr quraraq Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün islahatlar və layihələr həyata keçirdi. Regionların sosial-iqtisadi inkişafı Proqramı çərşivəsində Azərbaycanın bütün bölgələrində inkişaf başladı, ölkənin xarici borcları azalmağa, valyuta ehtiyacları artmağa başladı, məktəblər, xəstəxanalar, baxçalar tikildi, mühüm infrastruktur lahiyələr həyata keçirildi. Əhalinin maddi rifahı yüksəlməyə başladı, ölkədə qeyri-neft sektoru inkişaf etdi, iqtisadiyyatda şaxələnmə həyata keçirildi. Azərbaycan Avrasiyanın əsas tranzit ölkəsinə çevrildi, geniş coğrafiyanı əhatə edən Neft və Qaz kəmərləri çəkildi, ölkəmiz bir sıra ölkələrin enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrildi.Azərbaycan Beynəlxalq İdman yarışlarına, form və sammitlərə, Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməyə başladı.
Cənab Prezident Covid-19 pandemiyası başlayan gündən əhalinin sağlamlığı önə çəkildi, Beynəlxalq müstəvidə Pandemiyaya qarşı birgə mübarizə aparmaq, vaksinlərin ədalətli bölgüsü və iqtisadi cəhətdən geri qalan ölkələrə kömək etmək təşəbbüsünü irəli sürdü.
Ordu quruculuğunda aparılan islahatlar, ordunun maddi-texniki təminatının gücləndirilməsi, ordunun şəxsi heyətində ruh yüksəkliyi və qələbəyə inam hissinin gücləndirilməsi 30 ilə yaxın olan işğalda inləyən ərazilərimiz işğaldan azad edilməsi ilə nəticələndi. İndi həmin ərazilərdə bərpa, quruculuqişləri sürətlə həyata keçirir.
Bütün bu nailiyyətlərin möhkəmləndirilməsi cənab Prezident tərəfindən siyasi müstəvidə də paralel də uğurla davam etdirilir. Noyabrın 26-da Soçidə, 14-15 dekabrda Brüsseldə keçirilən Avropa ölkələrinin şərq tərəfdaşlığının VI sammitində Zəngəzur koridorunda dəmir yolunun açılmasına dair razılaşma cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir.
Konfransda ADPU-nun Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dossent Mahir Səlimov, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ ofisinin rəhbəri Radə Qafarova, Pedaqoji kollec YAP ərazi ilk təşkilatının sədri Rövşən Bayramov, Ağcabədi şəhər 11 saylı orta məktəbin direktoru Lətafət Əlizadə çıxış edərək son 18 ildə Azərbaycanın çox böyük naillərlə əldə etdiyini, Qələbələrə imza atdığını böyük fəxarət hissi ilə qeyd etdilər.