AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Masallıda seçiciləri ilə görüşüb, onların problemlərini dinləyib

  • + A
  • - A
  • 26-12-2021, 17:35


    70saylı Masallı şəhər seçki dairəsinin millət vəkili Məşhur Məmmədov seçiciləri ilə görüşüb.

    Azadmedia.az xəbər verir ki, hər həftə sonu olduğu kimi, həmçinin Yeni il ərəfəsində vətəndaşlarla keçirilən qəbulda Millət vəkili M. Məmmədov 1 nəfər şəhid atası, 1 nəfər şəhid qardaşı, 1 nəfər I Qarabağ müharibəsi qazisi, 1 nəfər Qazi anası olmaqla 16 nəfər seçici ilə görüşüb.

    Belə ki, Şəhid ailələri və qazilərin üstünlük təşkil etdiyi budəfəki qəbulda onlar ən vacib məsələ kimi yenə də ev təmiri,​ torpaq məsələlərini, həmçinin yol, müalicə problemlərini bildiriblər.

    Millət vəkili seçicilərinin istəklərini dinləyib yerindəcə müvafiq tapşırıqların verilməsinə nail olub.

    Qeyd edək ki, millət vəkili müvafiq qurumlarla telefon əlaqəsi yaradaraq həlli mümkün olan bəzi problemləri elə yerindəcə şifahi şəkildə həll edib.

    Millət vəkili M.Məmmədov sonda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın öz vətəndaşlarına göstərdikləri diqqət və qayğı, insanlara verdiyi dəyər, nümayiş etdirdikləri yüksək mədəniyyət nümunələri hər bir dövlət məmuru üçün bir mənalı şəkildə örnək olmalıdır.​ Vətəndaşlarımızı​ qəbul edərək dinləməli və​ problemin​​ həlli üçün bacardığımızı əsirgəməməliyik.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR