AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkəmiz beynəlxalq kitab sərgisində təmsil olunur - FOTO

  • + A
  • - A
  • 13-01-2022, 22:20


    Bu gün Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

    Azadmedia.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub.

    Ekspozisiyada Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı Sərəncamına müvafiq olaraq nəşr olunmuş dahi şairin “Xəmsə”si, professor Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərindəki nəşrləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr olunmuş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şücaətinə həsr olunmuş kitablar nümayiş olunur.

    10 gün davam edəcək sərginin açılışında Qətərin mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR