AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar faciəsi”nin 32-ci ildönümü ilə bağlı Sərgi təşkil olunub

  • + A
  • - A
  • 17-01-2022, 08:18

    Masallı Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar faciəsi”nin 32-ci ildönümü ilə bağlı Sərgi təşkil olunub

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonu Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq "Azadlığın şanlı yolu" adlı tarix dərsi kecirilib.

    Belə ki, dərsdə rayonun Ərkivan qəsəbəsi 2 saylı tam orta məktəbinin şagirdləri iştirak edib. Dərs faciə qurbanlarının və vətən uğrunda canlarından keçən Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tarix dərsində Muzeyin direktoru Əntiqə Tağıyeva 1990-cı il Qanlı Yanvar faciəsi ilə bağlı tarixi faktları, eləcə də dönəmin siyasi vəziyyəti, faciənin günahkarları və hadisələrin tariximizdəki yeri barədə geniş bəhs edib.

    Qeyd edək ki, sonda məktəblilərlə 20 Yanvar faciəsi ilə bağlı müzakirələr aparılıb, sərgiyə baxış keçirilib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR