Masallıda rayonunda 20 Yanvar şəhidləri anılıb.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 20 Yanvar 2022-ci il tarixdə səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü Masallı şəhərinin Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidə-kompleksi” önündə xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla yad edilib..
Belə ki, tədbir başlamazdan əvvəl Masallı rayon ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ümumrayon anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov başda olmaqla, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidə-kompleksi” abidəsi önünə tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, ölkənin hər yerində olduğu kimi Masallı rayonu ərazisində də saat 12:00-da bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi yad edilmiş, nəqliyyat vasitələri səs siqnalları veriblər.
Ülkər Piriyeva