AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı

  • + A
  • - A
  • 22-01-2022, 17:19

    Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı

    1990-cı ilin qanlı 20 yanvar gecəsindən 32 il ötür. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının əziz xatirəsi yad olunur, müxtəlif tədbirlər, anım mərasimləri təşkil edilir.

    Azadmedia.az xəbər verir ki, Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirildi.

    Anım mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdi.

    Konsertdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

    Daha sonra konsert proqramı təqdim edildi.

    Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından vətənpərvərlik ruhu aşılayan musiqi nümunələri yer almışdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Rauf Abdullayev) ilk olaraq Azər Rzayevin “Bakı 90” simfoniyasını ifa etdi. Sonra Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adajio” orkestr tərəfindən böyük məharətlə səsləndirildi.

    Konsert proqramı Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova) ifasında Qara Qarayevin “Zamanın bayraqdarı” əsərinin səsləndirilməsi ilə başa çatdı.

    Anım gecəsində təqdim olunan musiqi əsərləri 32 il öncə ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ehtiramın ifadəsi idi.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR