AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb

  • + A
  • - A
  • 22-01-2022, 17:32

    Masallıda  20 yanvar şəhidlərinin  xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb

    Masallıda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb.

    Azadmedia.az-ın cənub bürosundan verilən məlumata görə, Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında idman yarışlarına yekun vurulub.

    Belə ki, yarışların keçirilməsində əsas məqsəd, 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşdırılması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin idmanın kütləviliyinin təmin olunmasıdır.

    Həmçinin şahmat, mini futbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə keçirilən yarışlarda 200-ə yaxın idmançı qüvvə və bacarığını sınayıb.

    Qeyd edək ki, beş gün (15-19 yanvar) davam edən yarışların qaliblərinə Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin diplom və medalları təqdim olunub.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR