AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda açıq mini futbol turnirinə yekun vurulub

  • + A
  • - A
  • 17-01-2022, 07:50

    Masallıda açıq mini futbol turnirinə yekun vurulub
    Masallıda açıq mini futbol turnirinə yekun vurulub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 15-16 yanvar 2022-ci il tarixlərdə keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə açıq rayon turnirinə yekun vurulub.

    Belə ki, Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnirə Masallı rayonu (5 komanda) ilə yanaşı Bakı şəhərinin (3 komanda) və Cəlilabad rayonunun (4 komanda) 10-13 yaşlı idmançıları da qatılıb.

    Həmçinin “Viləş” mini futbol stadionunda təşkil olunan turnir öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səslənıb. Daha sonra mini futbol turnirinə start verilib.

    Üç yaş qrupu üzrə keçirilən yarışların yekun nəticəsinə görə 10 və 12 yaşlılar arasında “UGİŞM” (Masallı) komandası, 13 yaşlılar arasında Bakının “Azəri” futbol klubu birinci yerə layiq görülüb. 10 yaşlılardan ibarət “Azad FK” (Masallı) ikinci, “UGİŞM” (Cəlilabad) üçüncü mükafata sahiblənib.

    Turnirin sonunda mükafatlandırma mərasimi olub.

    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) direktoru Əlifağa Yaqubov, Cəlilabad UGİŞM-nin direktoru Abbas Zülfüqarov, Masallı UGİŞM-nin futbol bölməsinin baş məşqçisi Rövşən Süleymanov, Vətən müharibəsi iştirakçıları Ceyhun Qurbanov, Həmid Mənsimov, Daməd İbrahimli və başqaları qalibləri təbrik edib, futbolçulara növbəti yarışlarda uğurlar arzulayıblar.

    Şəhid Əzizov Elvinin övladı Əzizov Ayhanın komandası birinci yerin sahibi olduğu üçün, Ayhana turnirdə xüsusi olaraq diplom , medal və gödəkcə hədiyyə edilib.

    Turnirdə uşaqlar topun üzərinə öz imzalarını ataraq Vətən müharibəsi qazilərinə hədiyyə ediblər.

    Turnirin Ən yaxşı oyunçusu adına “AZAD” FK oyunçusu Əkrəm Rəhimov, Ən çox qol vurduğuna görə “UGİMŞ” KF oyunçusu Eltun Məmmədov və Ən yaxşı qapıçı adına isə “UGİMŞ” KF oyunçusu Qurban Əliyev layiq görüldü

    Qeyd edək ki, qalib komandalara təşkilat komitəsinin kubok, diplom və medalları, məşqçilərə təşəkkürnamə, qazilərə isə diplom və hədiyyələr təqdim edilib.

    Azadmedia.az xəbər portalı kollektivi bütün qalibləri təbrik edir, onlara uğurlar arzulayır!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR