AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionda yaratdığımız yeni reallıq qonşu dövlətlər tərəfindən yüksək dəyərləndirilir

  • + A
  • - A
  • 26-01-2022, 12:06

    Regionda yaratdığımız yeni reallıq qonşu dövlətlər tərəfindən yüksək dəyərləndirilir

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlqoyma mərasimi yeni ikitərəfli münasibətlərin başlanğıcıdır.

    "Astara (İran) - Astara (Azərbaycan) sahəsində körpünün olmaması böyük növbələrin yaranmasına gətirib çıxarırdı. Yeni körpünün tikintisi bu sahədə problemlərin həllinə kömək edəcək. Həmçinin, yeni körpü yükdaşımaların artımına xidmət edəcək. Bu il ərzində həm Astara terminalının, həm də avtomobil körpüsünün istismara verilməsinin planlaşdırılması iqtisadi əlaqələri daha da möhkəmləmdirəcək.

    İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfəri və səfər çərçivəsində bir sıra vacib görüşlər keçirməsi Azərbaycan və İran arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki proyektlərin yeni mərhələyə daxil olmasından xəbər verir.

    İqtisadi göstəricilərə baxanda görürük ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanmışdı.
    Sevindirici haldır ki, Azərbaycanın qonşuları ilə münasibətləri inkişaf edən xətt üzrə davam edir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbəsi ilə yaratdığı yeni reallıq region ölkələri tərəfindən qəbul olunur.

    İran Azərbaycanın yaxın qonşusu, xüsusilə, mədəni, tarixi və ictimai bağları ilə daha yaxın olan bir ölkədir.

    İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli Beynəlxalq Hava Limanına uçuş etməsi və Zəngilana səfər etməsi də bu konteksdə yüksək dəyərləndirilir. Azərbaycan bütün qonşu ölkələri ilə səmimi qonşuluq münasibətlərində olmaq və əməkdaşlıq platformalarını genişləndirmək niyyətindədir. Azərbaycanla İran arasında əməkdaşlıq etmək üçün istifadə olunmamış potensial çox genişdir. "Xudafərin" Su Elektrik Stansiyasının inşa edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması müzakirə olunan mövzularda prioritet olmuşdur. Bu da hər iki ölkənin iqtisadiyyatı üçün önəmli əhəmiyyət daşıyacaq.

    İran nümayəndə heyəti Zəngilan rayonuna səfəri çərçivəsində Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa etdiyimiz nəqliyyat layihələri ilə tanış olmuşdur. İran yeni reallığa uyğun yaratdığımız 3+3 formatında iştirak edir və Zəngəzur dəhlizinin açılışı bu istiqamətdə region ölkələrin eyni platformada əməkdaşlıq etmək imkanlarını genişləndirəcək.

    Təbii ki işğaldan azad olunmuş ərazilədə yenidənqurma və bərpa işlərində, investisya layihələrinin icrasında İran şirkətləri də iştirak etməkdə maraqlıdır. Elə sadaladığım amilləri nəzərə alaraq düşünürəm ki, regionda yaratdığımız yeni reallıq qonşu dövlətlər tərəfindən yüksək dəyərləndirilir, bu, regionda əməkdaşlıq və təhlükəsiz mühitin formalaşmasına töhfə verəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR