AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şuşa” komandası futtennis turnirində birinci yeri qazanıb

  • + A
  • - A
  • 31-01-2022, 20:15

    “Şuşa” komandası futtennis turnirində birinci yeri qazanıb
    Azərbaycan Futnet Federasiyasının və “ASAN Könülləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə futtennis üzrə Azərbaycan Gəncləri Gününə həsr edilmiş turnir keçirilib.

    Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, futtennis turniri "Marafon" idman klubunda təşkil edilib. Komandalara rəmzi olaraq 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş rayonların adı verilib. Səkkiz komandanın qatıldığı yarış Olimpiya sistemi üzrə təşkil edilib.

    Yarışın qalibi “Şuşa” komandası olub. Belə ki, finalda “Cəbrayıl” komandasına 2:1 hesabla qalib gələn “Şuşa”nın futtennisçiləri birinci yeri tutublar. Üçüncü yerdə isə “Füzuli” komandası qərarlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR