AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmişlidə ən güclü məlum oldu - "114 FK" qızıl medalları qazandı - FOTO

  • + A
  • - A
  • 19-12-2021, 23:23


    İmişlidə Azərbaycan Ordusunun 44 günlük Qarabağ savaşında şanlı qələbəsinin bir illiyinə həsr edilən futtennis üzrə "Zəfər" Turniri sona çatıb.

    Azadmedia.az xəbər verir ki, Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 8 komanda mübarizə aparıb.

    Olimpiya sistemi ilə keçirilən "Zəfər" Turnirinin yarımfinalında "Star"ı 2-0 hesabı ilə məğlub edən "Meliorator" finala vəsiqə qazanıb.

    İmişli Olimpiya Kompleksində baş tutan ikinci yarımfinal matçında "Telekom" "114 FK" ilə üz-üzə gəlib. İkincilər rəqibinə 2-0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

    Turnirdə üçün yer uğrunda matçda müvafiq olaraq yarımfinalda məğlub olan "Star" və "Telekom" qarşılaşıb. Birincilər meydandan 2-0 qələbəylə ayrılaraq "Zəfər" Turnirinin bürünc medallarını boynundan asıb.

    İmişlədəki turnirin final qarşılaşmasında "114 FK" "Meliorator" 2-0 məğlub edərək, qızıl medalları qazanıb.

    "Zəfər" Turnirinin mükafatlandırma mərasimində bütün iştirakçı komandalara Azərbaycan Futnet Federasiyasının diplomları təqdim edilib. Həmçinin, turnirin keçirilməsində yaxından köməklik göstərmiş təşkilatlara və şəxslərə qurumun diplomları verilib.

    Futtennis turnirinin qaliblərinə, 2-ci və 3-cü yerin sahiblərinə kubok və medallar təqdim edilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR