Masallıda “Tir atıcılığı” üzrə rayon birinciliyi olub.
Masallıda “Gənclər həftəsi” çərçivəsində “Tir atıcılığı” üzrə rayon birinciliyi keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 31 yanvar 2022-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "XXl əsr gənclər əsridir" mövzusunda gənc qazilər arasında “Tir atıcılığı” üzrə rayon birinciliyi təşkil olunub.
Yarışın əsas məqsədi, 2 fevral-Azərbaycan gəncləri gününün təsis edilməsinin 25 illiyinin təntənəli şəkildə qeyd edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olub.
Yarışdan öncə vətən müharibəsi qaziləri “Gənclər həftəsi” çərçivəsində təşkil olunmuş “Əl işləri” və “Rəsm” sərgisi ilə tanış olmuşlar. Sərgiyə baxdıqdan sonar yarışa start verilib.
Birincilikdə iştrak edən gənclər qazilər öz bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, daha dəqiq nişan alan 3 nəfər qalib gəlmiş iştirakçı I,II,III yerə layiq görülərək, 2 fevral-Azərbaycan gəncləri günü münasibəti ilə keçirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılacaq.
Ülkər Piriyeva