AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Sərbəst güləş" idman növü üzrə açıq rayon birinciliyi keçirilib - Fotolar

  • + A
  • - A
  • 16-11-2021, 18:08



    Masallıda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

    Əvvəlcə tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğısından danışaraq daima idmançıları diqqət mərkəzində saxladığını bildirdi. Sonra yarışın keçirilməsində əsas məqsədin “Zəfr Günü”nün təntənəli şəkildə qeyd edilməsi həmçinin rayonda güləş idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək , yeniyetmələrin idmana olan marağını daha da artırmaq olduğunu diqqətə çatdırıb.



    Qeyd edək ki, yarışda Masallı , Lənkəran, Astara, Cəlilabad, İmişli rayon komandaları ilə yanaşı , Gəncə və Bakı şəhr komandalarıda iştirak ediblər.

    İki gün davam edən yarışda 7 komandadan 100 nəfərə yaxın idmançı öz güclərini sınamışlar, olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın yekun nəticəsinə əsasən I yerə Masallı rayon komandası, II yerə Bakı şəhərini təmsil edən “Roil” komandası, III yerə isə Lənkəran rayon komandası layiq görülüb.



    Rayon açıq birinciliyində qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla, komandalar isə kubokla mükafatlandırılıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR