Mədəniyyət naziri Anar Kərimovla ICESCO-nun Baş direktoru arasında görüş keçirildi
2 fevral tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında onlayn formatda görüş baş tutmuşdur.
Mədəniyyət nazirliyindən
Azadmedia.az-a verilən məlumata görə, Görüş zamanı Azərbaycan və ICESCO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılmışdır.
Bu konteksdə, gələcəkdə ICESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi və təşkilatın ekspertlərdən ibarət texniki missiyasının yaxın müddətdə ölkəmizə mümkün səfəri müzakirə edilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilmiş və ICESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilmişdir.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR