AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Danışır Şuşa” radiolayihəsinə start veriləcək

  • + A
  • - A
  • 7-02-2022, 19:33

    “Danışır Şuşa” radiolayihəsinə start veriləcək



    Azadmedia.az xəbər verir ki, Fevralın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, nazirliyin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, "AzerNyuMedia" şirkəti və "Avto FM"in birgə “Danışır Şuşa” radiolayihəsi start götürəcək.

    Layihə Azərbaycanın mədəniyyət paytaxtı – Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunacaq.

    Layihədə əsas xətti təşkil edəcək cəhətlərdən biri Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada apardığı mədəni monitorinqlər barədə məlumatların təqdim edilməsidir.

    "Danışır Şuşa" layihəsinin hər buraxılışı beş bölmədən: "Şuşa kimi tarix", "Şuşa tərzi", “Qafqaz mirvarisi”, "Zəfər yolu", "Unutma" rubrikalarından ibarətdir.

    Radiolayihə hər həftənin cümə günü efirdə olacaq. Layihənin rəhbəri Kamran Qasımov, aparıcısı RJ Yaqut, səs supervayzeri Yaşar Baxış, məsləhətçisi, tarixçi Elçin Əhmədovdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR