AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda Şəhid abidə kompleksinin açılışı olub - FOTO

  • + A
  • - A
  • 9-02-2022, 10:20

    Lənkəranda Şəhid abidə kompleksinin açılışı olub - FOTO

    Lənkəranda daha bir Şəhid abidə kompleksinin açılışı olub.

    Məzunlarından dövlət müstəqilliyi, Vətən torpaqlarının müdafiəsi və azadlığı uğrunda daha çox şəhid vermiş təhsil müəssisələrindən biri də 20 yanvar şəhidi Rövşən Bədəlovun adını daşıyan Lənkəran şəhər 9 saylı tam orta məktəbidir. Məktəbin məzunlarından 1 nəfəri 1990-cı il 20 yanvar hadisələri zamanı, 6 nəfəri isə Qarabağ müharibəsində erməni işğalçılarına qarşı qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Məktəbin müəllim və şagird kollektivi şəhid məzunların xatirəsini heç vaxt unutmur, daim əziz tutur. Şəhid valideynlərinin və doğmalırının iştirakı ilə məktəbdə tez-tez şəhidlərə həsr olunmuş gecələr, müsamirələr, xatirə günləri və digər tədbirlər keçirilir, onların qəhrəmanlıqları barədə şagirdlərə ətraflı məlumatlar verilir.





    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Fevralın 8-də isə məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə kompleksinin açılışı olub.

    Belə ki, keçirilən tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmi şəxsləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak edib. İcra başçısı və tədbir iştirakçıları abidə önünə tər çiçəklər düzərək bir daha şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

    Tədbirdə çıxış edən İcra başçısı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərin təqdirəlayiq təşəbbüslər olduğunu səsləndirərək ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət müstəqilliyimizin və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərə bəslədikləri hörmət və ehtiramın nümunəsində görülən bu işlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində misilsiz əhəmiyyəti olduğunu xüsusi qeyd edib.

    Tədbirin sonunda İcra başçısı şəhid valideynləri və doğmaları ilə görüşüb söhbət edib, qayğıları ilə bir daha yaxından maraqlanıb. Görüş iştirakçıları davamlı diqqətə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, tədbir məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə başa çatıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR