Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb
“SkyUp” aviaşirkətinin Madeyradan Kiyevə uçan təyyarəsi Ukraynanın hava məkanına girişi qadağan olunduğu üçün Kişinyovda eniş edib.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“Təyyarə sahibinin tələbi ilə əlaqədar olaraq Funşal, Madeyra, Portuqaliya - Borispol, Ukrayna marşrutu üzrə PQ0902 reysini yerinə yetirən, UR-SQO nömrəli “SkyUp” aviaşirkətinə məxsus təyyarə Moldova Respublikasının Kişinyov şəhərində eniş etmək məcburiyyətində qalıb. 12 fevral 2022-ci il tarixində rezident icarəyə verən İrlandiya aviaşirkətə UR-SQO təyyarəsinin Ukraynanın hava məkanına daxil olmasına dərhal qadağa qoyulması barədə məlumat verib. Aviaşirkətin bütün səylərinə və Ukrayna dövlət strukturlarının icarəyə verənə müraciət etməyə hazır olmasına baxmayaraq, təyyarənin artıq Kiyevə uçduğu bir vaxtda təyyarənin sahibi qəti şəkildə bundan imtina edib” - şirkətin saytında deyilir.
Qeyd olunur ki, “SkyUp” təyyarəni Kişinyovda Ukrayna ərazisinə ən yaxın hava limanında endirməyə razılaşıb. 175 sərnişin üçün Kiyevə transfer təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.