Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir.
Azadmedia.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi verib.
“2010-2021-ci illərdə Ermənistanda ümumi olaraq 71 Türkiyə, 6 Azərbaycan vətəndaşı tərəfindən daşınmaz əmlak hüququnun qeydiyyatı həyata keçirilib”, - deyə məlumatda qeyd olunub.
Komitə bildirib ki, Azərbaycan vətəndaşları Ermənistanda 2012-ci ildə 2 ədəd, 2018 və 2019-cu illərdə 1 mənzil alıb. Daha bir mənzil isə 2012-ci ildə Azərbaycan vətəndaşına pay olaraq verilib. Bununla yanaşı, digər bir ölkə vətəndaşı ictimai əhəmiyyətli obyekt alıb.
Qeyd olunur ki, burada söhbət Azərbaycan vətəndaşı olan şəxslərdən gedir, onların etnik mənsubiyyətindən deyil. Vurğulanır ki, Ermənistanda daşınmaz əmlak alan şəxslərin milliyətcə azərbaycanlı olub-olmadığını dəqiqliklə demək mümkün deyil.