Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkə vətəndaşlarının və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı videoçarx hazırlayıb.
Azadmedia.az xəbər verir ki, “Xocalıya ədalət”, “Xocalını unutmadıq” şüarlarının müxtəlif dillərdə səsləndiyi videoçarxda 50 nəfər iştirak edib. Hər bir xalqın nümayəndəsi bu şüarları öz dilində səsləndirib.
“Xocalı-30” videoçarxı bu gündən Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV-də və sosial şəbəkə hesablarında yayılmağa başlayıb.