Bu günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyində iri maliyyə dələduzluğunun üstünün açılması ilə bağlı məlumat yayıldı. Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutuldu.
Milli Məclisin üzvü Fazil Mustafa bununla bağlı "AzadMedia.az"a bildirib ki, bu çox ciddi məsələdir. Deputat qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu addımını yüksək qiymətləndirir və diqqətdən kənarda heç bir yer olmamalıdır:
"Hansısa bir qapalı qurum adı ilə dövlət büdcəsi mənimsənəcəksə, oğurluq baş verəcəksə, elə qapatmaq olmaz ki. Bu məsələyə də reaksiya verilməlidir. Belə fakt aşkarlanıbsa, istintaqda araşdırılmalı, müqəssirlər məhkəmə qarşısına çıxarılmalı və orada onların hərəkətlərinə hüququ qiymət verilməlidir. Bu da bilavasitə bizim ordunun taleyi ilə bağlı məsələdir. Biz bu ordunu kimə tapşırdığımızı bilməliyik. Ordunun taleyini büdcədən ayrılan vəsaiti mənimsəyən insanlar həll edəcəksə, bu bizim üçün böyük bir təhlükədir. İndidən bu təhlükənin qarşısını almalıyıq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.