AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin fədakarı - Mehriban xanım Əliyeva

  • + A
  • - A
  • 21-02-2022, 19:37

    Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin fədakarı - Mehriban xanım Əliyeva

    Mehriban xanım gənc qızlar və qadınların kumirinə çevrilib.

    Bu gün, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin fədakarı Mehriban xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda, qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu, sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür!

    Sizə ehtiyacı olanların yanında olacaqsınız! Yardımınıza ehtiyacı olanlara əl uzadacaqsınız! - Bu, bir insanlıq vəzifəsidir. Budur onun həyat fəlsəfəsi və topluma aşıladığı müsbət dəyərlər!

    O, əsl xeyriyyəçidir! Öz qəlbinin və vicdanının səsi ilə qüvvəsini, vaxtını və enerjisini xeyirxah əməllərə, toplum və dünya üçün vacib məsələlərə təmənnasız sərf edir!

    Talassemiya adlı irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsindədir. Məhz, onun fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf edib və bu uşaqların pulsuz qanla təminatı problemi aradan qaldırılıb. İnsanlar arasında təmənnasız şəkildə qan verməklə talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanların pulsuz qanla təmin olunmasına kömək göstərilməsi ənənəsinin toplumda möhkəmlənməsində onun böyük rolu var. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli Talassemiya Mərkəzi yaradılıb ki, bu da talassemiyalı insanlara kömək etməklə yanaşı, ölkədə talassemiya xəstəliyinin azaldılması istiqamətində də böyük rol oynamaqdadır. Hər zaman qayğı ilə yanaşdığı Daun sindromlu uşaqlar üçün tikilən yüksək səviyyəli mərkəzdə də onun böyük rolu var.

    Azərbaycanda şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsi altındadır. Vaxtaşırı bu uşaqlar Heydər Əliyev Fondu tərəfindən gərəkən dərmanlarla təmin olunurlar. Bu uşaqların çöhrəsində, gözlərində yaranan hər bir gülüş onun üçün bir dünyadır. O deyir: "Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı çətin məqamda başqalarından dəstək almış insan özü də imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyl edəcək".

    Qadınlar onu gözəllik etalonu hesab edirlər. O, isə hesab edir ki, əsl gözəllik insanın xarici və daxili gözəlliyinin vəhdətindən yaranır. Onun ən gözəl xüsusiyyətlərindən biri təvazökarlığıdır. Bu qədər böyük fəaliyyətə baxmayaraq, özü haqqında danışmağı qəti sevmir Mehriban xanım. O, öz işi ilə insanların sevgisini qazanır!
    O, təkcə birinci xanım deyil, həm də Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Azərbaycanın inkişafı, gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşı. O, Azərbaycanın köklü bir ailəsinin qızı, köklü bir ailənin isə gəlini olaraq Vətənə, Millətə xidmətin başlıca məqsəd olduğu bir mühitdə həyata addımlarını atdı. O, gənc qızlar və qadınların kumirinə çevrilib. Ona oxşamaq istəyənlərin, onun fəaliyyətindən ruhlananların sayı həddindən artıq çoxdur! Bu gün dünya ondan danışır.

    Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətri insanlara sevgi ilə doludur. Onun həyat düsturu özünün bu sözləri ilə ifadə oluna bilər: "Xoş söz, xoş niyyət, xeyirxah əməl!".

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR