“Azərbaycan və Rusiya arasında münasibətlər çox dinamik inkişaf edir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib.
“Biz daimi əlaqədəyik, telefonla əlaqə saxlayırıq və təbii ki, şəxsi görüşlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında son dərəcə vacib sənədin imzalanması öncəsi isə bu, xüsusilə önəmlidir.
Bunun, sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bir zamanda baş verməsi simvolik xarakter daşıyır. Düşünürəm ki, bu sənəd ölkələrimiz, qarşılıqlı münasibətlərimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq müsbət əhəmiyyət kəsb edəcək”, - dövlət başçısı deyib.
Prezident İlham Əliyev Azərbaycanın iki ölkə arasında yaranmış mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.