Daxili İşlər Nazirliyi (DİN) İmişli sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:
"İmişli Rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Xalid İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil oub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.