AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Xocalı soyqırımı – xalqımızın qan yaddaşı” mövzusunda anım tədbiri keçirilib - FOTO

  • + A
  • - A
  • 25-02-2022, 15:46

    Masallıda “Xocalı soyqırımı – xalqımızın qan yaddaşı” mövzusunda anım tədbiri keçirilib - FOTO

    Fevralın 25-də Masallı şəhəri Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı rayon icra hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Xocalı soyqırımı – xalqımızın qan yaddaşı” mövzusunda anım tədbiri təşkil olunub.

    Azadmedia.az-ın cənub bürodu xəbər verir ki, tədbirdə DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Masalı rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini işin təşkilatçısı Abbas Abbaszadə, Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, dini icma sədrləri, din xadimləri və media nümayəndələri iştirak ediblər.






    Belə ki, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş Xocalı soyqırımını əks etdirən foto-sərgi ilə tanış olublar.

    Tədbirdə Vətən müharibəsi şəhidləri və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib.

    DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında bildirib ki, insanlığa qarşı öz vəhçiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 30 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi ermənistan silahlı birləşmələri Sovet ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Dinc, silahsız xocalılara amansız divan tutulmuşdur. Soyqırımın nəticəsində yüzlərlə sakin həlak olmuş, əsir düşmüşdür.

    Masallı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini işin təşkilatçısı Abbas Abbaszadə çıxışında Xocalı faciəsinin xronikasına nəzər salaraq qeyd etdi ki, cinayətkar ermənilərin vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin təhqirlərə məruz qalmış 150 nəfərin taheyi isə hələdə məlum deyil.
    Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov qeyd etdi ki, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə dağlıq qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq gömüşlər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir.

    Digər çıxışçılar Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən söhbət açıblar.

    Allah bütün Xocalılara rəhmət eləsin!


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR