AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu" - Masallıda maarifləndirici tədbir

  • + A
  • - A
  • 29-01-2022, 11:52

    "Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu" - Masallıda maarifləndirici tədbir

    Masallı rayonunun Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, rayon polis (RPŞ) və təhsil şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydaları gözlənilməklə “Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu” mövzusunda tədbir keçirilib.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov

    çıxışlarında bildiriblər ki, cəmiyyətin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin, zərərli vərdişlərin təsirindən qorunmasında təhsilin böyük rolu var.

    Mövzunun aktuallığından və bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışan natiqlər vurğulayıblar ki, zərərli vərdişlərə qarşı mübarizə ailənin, həmçinin bütün cəmiyyətətin işidir.

    Tədbirdə məktəblilərin sualları cavablandırılıb, mövzu ilə bağı video-çarx nümayiş olunub.
    Akif AĞAYEV,
    jurnalist-publisist,
    MASALLI
    .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR