Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya təcavüzkarından müdafiəni dayandırmayacaq. Bununla bağlı o, həmvətənlərini saxta təbliğatlara inanmamağa çağırıb. Bu barədə dövlət başçısının bu gün səhər yaydığı yeni videomüraciətində deyilir. Prezident bunu Bankovayadakı Ofisinin yanında yazıb.
"Sabahınız xeyir, ukraynalılar. İndi şəbəkədə çoxlu saxta məlumatlar yayılır, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və evakuasiya gedir. Deməli belə! Mən buradayam, heç bir silahı yerə qoymayacağıq. Biz dövlətimizi müdafiə edəcəyik!Bu, bizim torpağımızdır, ölkəmizdir, övladlarımızdır, və biz onları qoruyacağıq”, – deyə dövlət başçısı əmin edib.