Xarkovda Milli Qvardiya hərbi hissələrdən birinə sızmaq istəyən rus kəşfiyyat qrupunu ələ keçirib.
Bu barədə Milli Qvardiya məlumat və fotolar yayıb.
Onların silahı, snayper tüfəngləri, havadan şəkil çəkmək üçün dronları, əl və tüstü qumbaraları, patronları, pul və sənədləri müsadirə edilib.
Kəşfiyyatçılarda o cümlədən Rusiyanın Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd - 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı olub.