İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
AzadMedia.az xəbər verir ki, nəqliyyat vasitələrinə 13-ü elektron olmaqla, ümumilikdə 72 sifariş verilib.
Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2003-cü il olan “UAZ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 1 500 manat olsa da, avtomobilin son qiyməti 5 850 manata çatıb. Həmçinin, ilkin satış qiyməti 4 000 manat olan “VAZ-21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 6 000 manata özəlləşdirilib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3C9vYl2 )
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.