AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsi və TADEF-in dəstəyi ilə Ukraynadakı 93 nəfər azərbaycanlı təxliyyə olunub - ÖZƏL

  • + A
  • - A
  • 4-03-2022, 20:10

    Dövlət Komitəsi və TADEF-in dəstəyi ilə Ukraynadakı 93 nəfər azərbaycanlı təxliyyə olunub - ÖZƏL
    Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının Azərbaycana, habelə qonşu ölkələrə keçidi davam edir.

    Belə ki, Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 6 500 nəfər vətəndaşımız, Polşa Respublikasına 770 nəfər vətəndaşımız, Rumıniyaya 318 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 60 nəfər vətəndaşımız, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub.

    TADEF - dən Azadmedia.az - a verilən məlumata görə, Ukraynanın Xmelinsk şəhərindən 93 nəfər azərbaycan vətəndaşı İstanbul-Naxçıvan marşurutu üzrə Azərbaycana təxliyyə edilib.

    Qeyd edək ki, soydaşlarımız Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə təxliyyə olunublar.

    Nəzərinizə çatdıraq ki, soydaşlarımızın təxliyyəsi zamanı Azərbaycanın İstanbul və Kars Baş Konsulluğu fövqəladə iş rejimində, koordinasiyalı şəkildə fəaliyyət göstəriblər. Həmçinin konsulluq əməkdaşları vətəndaşları müvafiq sənədlərlə qısa müddətdə təmin edib, onların problemsiz halda təxliyyəsinə nail olublar.

    Xatırladırıq ki, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR