Masallı rayon İcra hakimiyyəti başçısının təbriki!
Masallı rayon İcra hakimiyyəti başçısının təbriki!
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon İcra hakimiyyəti başçısı cənab Şahin Məmmədov Beynəlxalq Qadınlar günü münasibətilə təbrik ünvanlayıb.
“Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır. Azərbaycan qadını həssas münasibətə və qayğıya layiqdir, çünki hazırki vəziyyətdə həyatın bütün ağırlıqları onların zərif çiyinləri üzərindədir. Buna 32 illik Qarabağ münaqişəsi zamanı Azərbaycan qadınının əzmini, iradəsini qıra bilməməsini missal göstərmək olar. Torpaqlarımızın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını dünyaya gətirən anaların timsalında bəşəriyyət tarixinin incisi olan əziz xanımlar!
Sizin hər birinizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, həyatınızda səadət və xoşbəxtlik arzulayıram.”
Bayramınız mübarək!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR